"Barselona" klubu ulduz futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, bu barədə Kataloniya klubunun prezidenti Josep Mariya Bartomeu məlumat verib. O, argentinalı ulduz ilə yeni müqavilə imzalamaq istədiklərini deyib:

"Messi hələ gəncdir, bunu onun oyunundan görürük. Messi ilə yeni müqavilə imzalamaq istəyirik. Qarşıdakı aylarda onun müqavilənin müddətini uzatmaq barədə danışıqlar aparacağıq".

Qeyd edək ki, Messinin "Barsa" ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.