İspaniya La Liqasınn son turunda “Vilyarreal”la 4:4 hesablı bərabərliyə razılaşan “Barselona”nın baş məşqçisi Ernesto Valverde, matçdan sonra açıqlama verib.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, çempionluğu qazanmağın asan olmadığını deyib:

“Çox çılğın bir oyun idi. Çempionatı qazanmağın asan olmadığını gördük. Bu oyundan dərs çıxarmalıyıq. Oyun ərzində nəzarəti itirdik və bu zaman nələr yaşaya biləcəyimizi gördük. Rəqibə çox boşluq verdik və bunun yaratdığı problemlərə görə qollar buraxdıq.

Bu nəticə Lionel Messi ilə əlaqəlidir. Onun varlığı çox şeyi dəyişdirdi, çünki Messi dünyanın ən yaxşısıdır. Buna baxmayaraq, o olmayanda necə oynayacağımızı bilməliyik, eyni şəkildə oynamalıyıq. Messinin olmadığı ilk hissədə yaxşı idik və qalib gəlirdik”.