İspaniya "Barselona"sının futbolçusu Jerar Pike boş vaxtlarında komanda yoldaşları ilə ünsiyyətindən danışıb.

Offsideplus.az-ın məlumatına görə, təcrübəli müdafiəçi "La Resistencia" yumoristik şousunda "votsap"da "Barsa" emblemi ilə çat yaratdığını açıqlayıb. O, belə bir qrupu kollektivdə yaxşı ab-havanın olması məqsədilə yaratdığını bildirib: "Messi çox ironiyalı yumora malikdir. O, tanıdıqlarım arasında ən böyük trollardan biridir".

Qeyd edək ki, "Barselona" La Liqada növbəti oyununu martın 30-da "Nou Kamp" stadionunda keçirəcək. XXIX tur matçında rəqib "Espanyol" olacaq. 28 turdan sonra Kataloniya komandası ən yaxın izləyicisi "Atletiko"nu 10 xal qabaqlayaraq birinci yeri tutur. (report)