"Barselona"nın kapitanı Lionel Messi daha bir rekorda imza atıb.

 Offsideplus.az xəbər verir ki, argentinalı hücumçunun rekordu La Liqanın son turunda "Betis"ə 4:1 hesabı ilə qalib gəldikləri oyunda qeydə alınıb. Bu, Messinin Kataloniya klubunun heyətində 477-ci qələbəsi olub. Bununla da o, "Barsa"nın əfsanəvi futbolçusu Xavi Hernandesin rekordunu (476) qırıb. Messi bu göstəriciyə 674, Xavi isə 767 oyunda nail olub.