Zinəddin Zidanın "Real"da ilk transferi reallaşıb. 

Offsideplus.az xəbər verir ki, La Liqa təmsilçisi "Portu"dan Eder Militaonu heyətinə qatıb.

Braziliyalı futbolçu ilə 2025-ci ilədək müqavilə imzalanıb. "Real" Militaoya görə, "Portu"ya 45 milyon avro ödəyib. Futbolçu iyulun 1-dən "Real"ın heyətinə qoşulacaq.

Qeyd edək ki, Militao 2018-ci ilin yayında Braziliyanın "San Paulo" klubundan "Portu"ya 7 milyon avroya transfer olunub. 21 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə 34 rəsmi oyuna çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə edib.(fanat.az)