“Liverpul” klubunun futbolçusu Sadio Mane karyerasını “Real”da davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, seneqallı hücumçu “Real”ın hədəfindədir. Madrid klubunun yeni baş məşqçisi Zinəddin Zidan 26 yaşlı futbolçunu komandasında görmək istəyir.

Qeyd edək ki, “Liverpul”la 2023-cü ilə qədər müqaviləsi olan Mane bu mövsüm 36 oyuna 17 qol vurub, 1 məhsuldar ötürmə edib.