İspaniyanın "Barselona" klubunun La Liqadakı 37 oyunluq qol seriyası qırılıb. 

Offsideplus.az-ın məlumatına görə, Kataloniya təmsilçisi XXIII turda "Atletik"lə səfərdə heç-heçə edib - 0:0. "Barsa" sonuncu dəfə 11 fevral 2018-ci ildə qol vura bilməyib. Bu, "Xetafe" ilə görüşə təsadüf edib - 0:0. 

Heç-heçəyə baxmayaraq, Ernesto Valverdenin baş məşqçi olduğu kollektiv La Liqada liderdir. 23 oyundan 51 xala malik ən yaxın izləyicisi "Real Madrid"i 6 xal geridə qoyur.