İspaniya La Liqasının 23-cü turu çərçivəsində keçirilən "Atletiko" ilə oyun (3:1) "Real"ın yarımmüdafiəçisi Qaret Beyl üçün əlamətdar olub. 

Offsideplus.az xəbər verir ki, matçın 74-cü dəqiqəsində fərqlənən uelsli futbolçu "kral klubu"nun heyətində ümumilikdə 100-cü qolunu vurub. 29 yaşlı oyunçu hesab 2:1 olarkən rəqib qapsına yol tapıb və görüşdə yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, bu mövsüm La Liqada 18 oyuna çıxan Beyl 6 qol vurub və 2 məhsuldar ötürmə edib.