"Valensiya" klubu mövsümün əvvəlində "Çelsi"dən 1 illik icarəyə götürdüyü Mişi Batşuayini geri göndərib. 

Offsideplus.az xəbər verir ki, bunu klubun idman direktoru Mateu Alemani açıqlayıb.

Britaniya mətbuatı isə Belçika millisinin hücumçusu ilə "Kristal Pelas"la "Vest Hem" klublarının maraqlandığını yazıb.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm La Liqada 15 oyuna çıxıb və cəmi 1 qol vurub.