Madrid "Real"ının qapıçısı Keylor Navas yanvarda Madrid klubundan ayrılmaq istəyir. 

Offsideplus.az xəbər verir ki, 31 yaşlı təcrübəli qolkiper komandada ehtiyat qapıçı olduğu üçün bu qərara gəlib. K.Navasın başqa klubda əsas qapıçı olmaq istədiyi vurğulanıb.

Qeyd edək ki, Tibo Kurtuanın yayda "Real"a keçidindən sonra kosta-rikalı qapıçı əsas heyətdə yerini itirib.