Hollandiya nəhəngi Ajax yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, Ajax danimarkalı futbolçusu Kasper Dolberqlə müqavilənin müddətini uzadıb.

21 yaşlı futbolçu ilə 2021-ci ilə qədər olan müqavilə 2022-ci ilədək uzadılıb.

Danimarkanın Silkeborg klubundan 17 yaşında ikən transfer edilən Dolberq Ajax-da çıxdığı 85 matçda 36 qola imza atıb.