Məşhur hollandiyalı mütəxəssis Dik Advokat özünə yeni klub tapıb.

Offsideplus.az xəbər verir ki, Advokat yenidən öz ölkəsində çalışacaq. Hollandiyalı mütəxəssis "Utrext" klubu ilə anlaşıb.

70 yaşlı məşqçi 16 sentyabrda “Emmen”lə keçiriləcək oyundan sonra yeni vəzifəsinin icrasına başlayacaq.

Məşqçi karyerası ərzində PSV, “Reyncers”, “Zenit”, “Borussiya” (Münhenqladbax), “Fənərbaxça” kimi klublarda çalışmış Advokat, Rusiya, Serbiya, Cənubi Koreya, ABŞ, BƏƏ, Hollandiya kimi millilərin də “sükanı arxasında” olub. O, son olaraq Hollandiyanın “Sparta” klubunda baş məşqçi kimi çalışıb.