Hollandiyanın"Ayaks" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, hücumçu Kasber Dolberq Amsterdam klubunu tərk edib.

Danimarkalı oyunçu karyerasını Fransada davam etdirəcək. Belə ki, 21 yaşlı forvard "Nitsa" ilə anlaşıb. Liqa1 təmsilçisi bu transferi rəsmi saytı vasitəsilə bəyan edib.