"Qarabağ" klubunun UEFA  Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi "Ayaks" futbolçusu Lasse Şeneni satıb. 

Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Cenoa"ya transfer olunub.

İtaliya mətbuatı bu transfer üçün A seriyası təmsilçisinin 1.5 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, L.Şene 2012-ci ildən oynadığı Hollandiya təmsilçisində 286 matçda 64 qol vurub, 52 qolun ötürməsini verib.