"Qarabağ"ı klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən biri olan "Ayaks" futbolçusu David Nereslə yeni müqavilə imzalayıb. 

Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, D.Neres 2017-ci ildə "San Paulo"dan "Ayaks"a transfer olunub. O, ötən mövsüm Hollandiya çempionatında 29 matçda 8 qol vurub.