“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinə yüksələcəyi təqdirdə, potensial rəqiblərindən olan “Ayaks” klubu ciddi itki ilə üzləşib.

 Amsterdam təmsilçisinin futbolçusu Kasper Dolberq zədələnib. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin PAOK-la ilk oyununun 33-cü dəqiqəsində zədələnən hücumçu, Klaas-Yan Hunetlarla əvəzlənib.

Dolberqin sağlıq vəziyyəti tibbi müayinədən sonra bilinəcək.

“Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində APOEL səddini keçsə, PAOK – “Ayaks” cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” ilk oyunda APOEL-i 2:1 hesabıyla məğlub edib. “Ayaks” isə səfərdə PAOK-la qollu bərabərə qalıb – 2:2.