Son mövsümdə göstərdiyi oyunla bir çox klubun hədəfində olan və uyğun təklif gözləyən “Ayaks”ın futbolçusu Hakim Ziyex Almaniya təmsilçisinin maraq dairəsindədir.

26 yaşlı futbolçu “Bavariya”nın hədəfindədir. Münhenlilər futbolçunu geridə qalan mövsümün sonunda klubdan ayrılan Aryen Robbenin əvəzləyicisi olaraq transfer etməyi planlaşdırır. “Bavariya”nın bu transfer üçün tezliklə hərəkətə keçəcəyi deyilir.

Futbolçunun “Arsenal”, “Sevilya”, “Lion” kimi klubların da maraq dairəsində olduğu bildirilir.

“Ayaks”la 2021-ci ilədək müqaviləsi olan Ziyex, son mövsümdə iştirak etdiyi 49 oyunda 21 qol, 24 məhsuldar ötürmə ilə yadda qalıb.