"Ayaks" "Yuventus"a satdığı müdafiəçisi Matteys De Liqtin əvəzləyicisini tapıb.

Offsideplus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Hollandiya təmsilçisi "Amerika"nın (Meksika) oyunçusu Edson Alvaresin transferi ilə bağlı razılıq əldə edib. 21 yaşlı müdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, E.Alvares ötən mövsüm 46 matçda 3 qol vurub və 3 qolun ötürməsini verib.