PSJ "Ayaks"dan yarımmüdafiəçi Frenki de Yonqu və müdafiəçi Matteys de Liqti istəyir.
Offsideplus.az "Marca" nəşrinə istinadən xəbər verir ki, fransızlar transferləri yaxın vaxtlarda həyata keçirməyi düşünür. Keçid üçün ümumilikdə 150 milyon avro xərclənəcək. PSJ de Yonqa 80 milyon , de Liqtə isə 70 milyon avro ödəməyə hazırdır. Hər iki hollandın "Barselona", "Mançester Siti" və "Bavariya"nın maraq dairəsində olduğu deyilir.