Fransa millisinin keçmiş hücumçusu Nikola Anelka məşqçiliyə başlayıb. 

Offsideplus.az xəbər verir ki, 39 yaşlı veteran hücumçu Fransanın “Lill” klubunda çalışacaq.

O, klubun aşağı yaş qrupu üzrə komandalarında hücumçu məşqçisi kimi fəailiyət göstərəcək. 

Qeyd edək ki, “Arsenal”, “Real”, PSJ, “Çelsi”, “Mançester Siti”, “Fənərbaxça” kimi klublarda forma geyinən Anelka futbolçu kayrerasını 2016-cı ildə bitirib.