Bir müddət Fransa yığmasının hücum xəttinin əvəz olunmaz üzvlərindən olan Nikolas Anelka yenidən futbola qayıdır.

Offsideplus.az xəbər verir ki, Anelka bu dəfə məşqçi kimi yaşıl meydanlara qayıdır. Lille komandasının aşağı yaş qrupları üçün hücumçular yetişdirəcək Anelka barədə klubun rəsmi saytı açıqlama yayıb: "Lille olaraq Nikolas Anelka ilə birgə işləməkdən qürur duyuruq. Təcrübəsi ilə gənc futbolçulara kömək edəcəyinə əminik."

Qeyd edək ki, 39 yaşlı Nikolas Anelka 2016-cı ildə futbolçu karyerasını sonlandırmışdı.