"PSJ"li ulduz Kilian Mbappe klub tarixində ən çox qol vuran 5 futbolçu sırasına daxil olub.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı fransız bu rekorda ötən gecə "Monako"ya qarşı oyunda (2:3) nail olub. Dubl edən Mbappe PSJ-dəki qol sayını 99-a çatdırıb. "Top-5"də qalan nəticələr bu cürdür:

1. Edinson Kavani - 200

2. Zlatan İbrahimoviç - 156

3. Pedro Pauleta - 109

4. Dominik Roşto - 100

5. Kilian Mbappe - 99