"Mançester Yunayted" də "Renn"in yarımmüdafiəçisi Eduardo Kamavinqanın transferi uğrunda mübarizəyə başlayıb.

Offsideplus.az Marca-ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Pol Poqba komandanı tərk edərsə, yerinə Kamavinqanı gətirməyi planlaşdırır.

Qeyd edək ki, 18 yaşlı fransız "Real Madrid""Paris Sen-Jermen" kimi klubların da hədəfindədir.