Fransanın "Nant" klubunun prezidenti Valdemar Kita cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqasının İntizam Komissiyası polşalı funksioneri Liqa 1-in IX turunun PSJ ilə oyununda etdiyi hərəkətə görə 2-si şərti olmaqla 4 ay müddətinə diskvalifikasiya edib.

67 yaşlı klub rəhbəri Paris təmsilçisinin 3:0 hesablı ilə qalib gəldiyi matçın hakimliyindən narazılıq etdiyi üçün cəza alıb. O, rəqib komandanın kapitanı Markinyosu, həmçinin Kilian Mbappe və idman direktoru Leonardonu matçın fasiləsində hakimlər otağına buraxan referini sərt tənqid edib.