PSJ futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif edib.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi fransalı hücumçu ilə 5 illik müqavilə imzalamaq istəyir. O, bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 30 milyon avro qazanacaq. Ancaq 21 yaşlı oyunçunun PSJ-də qalmağı düşünmədiyi, "Real"a keçmək istədiyi vurğulanıb.