Edinson Kavani PSJ-dən ayrılacaq.

Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, PSJ-nin idman direktoru Leonardo Edinson Kavaninin komandadan ayrılmaq istədiyini təsdiqləyib:

“Kavani üçün həmişə eyni şeyi söyləmişik. Komandada qalacağını gözləyirdik. Bu gün isə ayrılmaq istədiyini dedi. Vəziyyəti dəyərləndiririk. "Atletiko"dan  təklif gəlib. Məbləğ isə qane etmir. Yenə də onun fevral ayında burada olacağını düşünmürəm. Deyiləsi nə isə yoxdur. Kavanini satmağı heç fikirləşməmişdik. Hər bir mövqedə oynaya biləcək futbolçularımız var. Amma Kavani kimi bir oyunçunun yerini doldurmaq çox çətindir. Dediyim kimi, onu satmağı düşünməmişdik. Lakin qərarını hörmətlə qarşılayırıq. Ən vacibi hər kəsin istəyini nəzərə almaqdır".

Qeyd edək ki, cari mövsümd PSJ-nin heyətində 14 oyuna çıxan Kavani 5 qol vurub, 1 məhsuldar ötürmə edib.