“Monako” bir futbolçusu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, knyazlıq klubu Naldo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2019-cu ilin yanvarından “Monako”da forma geyinən braziliyalı futbolçunun sözləşməsi mövsümün sonuna qədər idi.

4 dəfə Braziliya millisinin formasını geyinən Naldo, daha əvvəl “Verder”, “Volfsburq”, “Şalke” kimi klubların şərəfini qoruyub.