Fransa çempionatının 15-ci turundan təxirə salınan oyunda PSJ səfərdə "Monako”ya qalib gəlib – 4:1. 
Offsideplus.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe bu qarşılaşmada sabiq klubunun qapısına 2 qol vurub.
Image result for psg 4-1 monaco mbappe
O, ilk qolu bayram etməsə də, ikinci qolu vurduqdan sonra sevincini nümayişkaranə surətdə göstərib. 
Mbappe bu addımı azarkeşlərə görə atdığını bildirib. "Monako” fanatları onu təhqir ediblər:
"İlk qolu bayram etmədim. Çünki burda püxtələşmişəm, bura ilə bağlı xeyli xatirələrim var. İkinci qolu isə təhqirlərə görə bayram etdim. Buna cavab verməli idim”. 
Mbappe PSJ-yə  2017-ci ildə "Monako”dan transfer olunub.