Futbol üzrə Fransa Liqa 1-də 20-ci tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, turun mərkəzi və son görüşündə lider PSJ “Monako”nu sınağa çəkib. Altı qolun qeydə alındığı qarşılaşma, Paris təmsilçisinin cari mövsümdəki ilk heç-heçəsi olub.
 
Fransa Liqa 1
20-ci tur
PSJ – Monako 3:3
Qol: Neymar, 3; 42-pen. B.Ture, 24-öz qapısına – Martins, 7. Ben Yedder, 13. Slimani, 70.