Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe lubu ilə yeni müqavilə imzalamaq haqqında suala ikibaşlı cavab verib.

Offsideplus.az xəbər verir ki, Liqa kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sent-Etyen”ə 6:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Fransa mətbuatına danışan futbolçu bu barədə danışmaq üçün doğru zaman olmadığını qeyd edib:

“Hazırda mövsümün əsas hissəsi olan yanvar ayındayıq. Düşünürəm ki, yeni müqavilə ilə bağlı danışmaq üçün uyğun vaxt deyil. Klub da sakitdir, hamımız eyni istiqamətdə hərəkət edirik. Buna görə də, digər məsələlər barədə danışmağa ehtiyac görmürəm"

Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub. Klub futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır, Mbappe özü isə "Real"a keçmək niyyətindədir. Fransa mətbuatı futbolçunun yeni müqavilə təklifini qəbul etməyəcəyini iddia edir.