PSJ  hücumçusu Kilian Mbappe ilə müqaviləni uzatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Parisin idman direktoru Leonardo Fransa millisinin 21 yaşlı oyunçusuna illik 32 milyon avro maaş ilə 5 illik yeni müqavilə təklif edib.

Bu barədə fransız jurnalist Nikol Skira məlumat verib.

PSJ ilə Mbappenin hazırki müqaviləsi 2022-ci ilin iyununa qədərdir. Futbolçunun xidmətində Madrid "Real"ı maraqlıdır.

Qeyd edək ki, cari mövsümdə 12 oyunda meydana çıxan Mbappe 11 qol vurub, 4 məhsuldar ötürmə edib.