Fransa Liqa 1-in XVIII turunda PSJ səfərdə "Sent-Etyen"i böyük hesabla məğlubiyyətə uğradıb - 4-0.

Offsideplus.az xəbər verir ki, oyunda dubl edən PSJ-nin hücumçusu Kilian Mbappe yeni rekorda imza atıb. O, Liqa1-də 70 qol həddinə çatan ən gənc futbolçu kimi tarixə düşüb. Hazırda 20 yaş 359 günlüyündə olan Kilian 1975-ci ildə bu rekorda imza atan Bernardo Lakombanı (22 yaş 163 gün) qabaqlayıb.

Xatırladaq ki, Mbappe daha əvvəl karyerası ərzində ən tez 100 qol vuran ilk futbolçu adını qazanmışdı.