Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe gələcəyi ilə bağlı qərarını verib.

Offsideplus.az xəbər verir ki, Fransa mətbuatı 20 yaşlı futbolçunun Paris klubundan ayrılmaq qərarına gəldiyini yazıb. Futbolçu müqavilənin müddətini uzatmaq üçün PSJ ilə, klub isə onu transfer etmək istəyən klublarla danışıqlar aparmaq niyyətində deyil.

PSJ ilə müqaviləsi 2022-ci ilədək olan Mbappenin “Real”da çıxış etmək istədiyi bildirilir.