PSJ-nin futbolçusu Kilian Mbappe klub tarixinin ən çox qol vuran 10 futbolçu siyahısına düşüb.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu Liqa 1-in 16-cı turunda "Nants"la oyunda dubl etməklə qol hesabını 71-ə çatdırıb. O, bu nəticəni 101 matçda qazanıb.

 

Həmin 10-luğu sizə təqdim edirik::

1. Edisson Kavani -195 qol

2. Zlatan İbrahimoviç - 156 qol

3. Pedro Pauleta - 109 qol

4. Dominik Roştu - 100 qol

5. Mustafa Daleb - 98 qol

6. Fransua M'Pellet - 95 qol

7. Safet Suşiç - 85 qol

8. Anhel Di Maria - 78 qol

9. Rai - 72

10. Karlos Biançi, Kilian Mbappe - 71 qol