PSJ-nin hücumçusu Kilian Mbappe "Real"a keçməkdə israrlıdır.

Offsideplus.az-ın məlumatına görə, ulduz futbolçu parislilərin yeni müqavilə təklifini rədd edib.

Gənc forvardın meneceri rolunu oynayan anası və atası bununla bağlı "Real"la danışıqlara başlayıb. Danışıqların məqsədi hazırkı klubuna təzyiq göstərmək, Mbappenin PSJ-dən ayrılmasına icazə almaqdır. Valideynləri 20 yaşlı oyunçunun transfer üçün 400 milyon avro ödəməyə hazır olan "Real"a transferini asanlaşdırmağa çalışır.

Qeyd edək ki, Kilian Mbappe cari mövsüm 7 oyunda 5 qol, 3 assistlə yadda qalıb.