“Lion” Madrid “Real”ında çıxış edən sabiq hücumçusu Kərim Benzemanı heyətinə cəlb etmək istəyir.

Offsideplus.az xəbər verir ki, Fransa klubunun idman direktoru Juninyo bu barədə açıqlama verib:

“Benzemanın karyerasını “Lion”da bitirmək fikrinin olduğunu düşünürəm. Burada ən azı iki il oynamasını və gənclərin yanında olmasını istəyirəm. Komandamızda möhtəşəm lider ola bilər. Kərimlə danışmaq üçün doğru zamanı gözləyirəm. Bir neçə dəfə mesajlaşmışıq və bura qayıtmaq istədiyini hiss etmişəm. “Real”da qazandığını ona verə bilməyəcəyik, amma onun üçün bütün şərtləri yerinə yetirməyə hazırıq”.

Benzemanın “Real”la 2021-ci ilə qədər müqaviləsi var. 31 yaşlı forvard bu mövsüm 15 oyuna 11 qol vurub, 5 assist edib.

“Real” Əlcəzair əsilli fransalı futbolçunu 2009-cu ildə 35 milyon avroya “Lion”dan transfer edib