Nigeriya ilə yoxlama matçında zədələnən Braziliya millisinin və PSJ-nin futbolçusu Neymarın son durumu müəyyənləşib.

Offsideplus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən 27 yaşlı hücumçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Onun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Bu isə o deməkdir ki, Neymar Çempionlar Liqasında Brügge ilə matçları və Fransa Liqasında Nice, Marseille, Dijon və Brest-lə görüşləri buraxacaq.