Keçmiş komanda yoldaşı Kasper Dolberqin saatını oğurladığına görə “Nitsa”dan qovulan Lamine Diabi bu hərəkəti nə üçün etdiyini izah edib.

Offsideplus.az xəbər verir ki, 18 yaşlı futbolçu, bu barədə rəsmi “tvitter” hesabında paylaşım edib:

“Bunu acgözlülüyə görə yox, paxıllığa görə etdim. Mənim sadəcə 18 yaşım var, bu, bəhanə deyil. Mən çətin vəziyyətdə idim və Dolberqin uğurunu qısqanırdım. Saatı səbəbsiz yerə, bəlkə də qısqanclıq üçün götürdüm. Meydanda sona qədər mübarizə aparmaq əvəzinə, qorxaqca bir hərəkət etdim. İndi hər zaman uğurlu olmaq istədiyim klubdan ayrıldım. Bu, mənim üçün böyük cəzadır”.

Diabi Dolberqin 70 min avroluq saatını oğurlamaqda ittiham olunurdu. Gənc hücumçu daha sonra bu hərəkətini etiraf edib və “Nitsa”dan qovulub.