Fransanın PSJ futbol komandasının hücumçusu Neymar Katalon klubu tərəfindən pul bonuslarının ödənilməməsi ilə bağlı iş üzrə məhkəmə iclasında iştirak etmək üçün Barselonaya gedib.

Qeyd edilir ki, futbolçu ilə birlikdə İspaniyaya onun atası da gedib.

Neymar Paris klubuna transferdən əvvəl 40 milyon avronu komandadan almayıb. Kataloniyalılar ona cəmi 14 milyon avro ödəyiblər. İndi braziliyalı məhkəmə vasitəsilə ödənilməmiş məbləğı, həmçinin 10% kompensasiyanı almaq niyyətindədir.

"Barselona" nümayəndələrinin fikrincə, Neymar müqavilə şərtlərini pozub və 75 milyon avronu qaytarmağa çalışır.