PSJ-nin hücumçusu Neymar dünən komandası PSJ ilə 2019/20 mövsümündə ilk matçına çıxıb. 

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu “Strasburq”la 5-ci turun matçında (1:0) komandasının yeganə qolunun müəllifi olub. O, 90+2 dəqiqədə fərqlənib.

Qeyd edək ki, bütün matç boyu PSJ fanatları Neymara psixoloji təzyiq ediblər, onunla bağlı təhqirlər səsləndiriblər. Buna isə bu yay onun yenidən “Barselona”ya qayıtmaq istəməsi səbəb olub. PSJ – “Strusburq” görüşündə “Messi ilə görüşün qiyməti 20 milyondur? Fahişələrə Parisdə yer yoxdur”, “Ata Neymar oğlunu Villa Mimozada (Rioda fahişələrin toplaşdığı küçə - red) satacaq” kimi təhqiramiz pankartlar açıblar. Bütun bunlara baxmayaraq, Neymar matçın ən yaxşı oyunçularından olub.

Görüşdən sonra jurnalistlərə açıqlamasında Neymarı fanatların etirazını başa düşdüyünü, təhqiramiz şüarların isə yolverilməz olduğunu söyləyib.(qol.az)

fot