Yay transfer dönəmində "Barselona"ya dönüşü baş tutmayan Neymar klubu PSJ-də problemlər yaratmaqda davam edir.

Komanda daxilində ab-havanı pozan braziliyalı forvard klub rəhbərliyinə qəzəblidir.

27 yaşlı superulduz hesab edir ki, parislilər Kataloniya klubuna dönmək istəyinə qarşı çıxıb və onu cəzalandırmaq üçün satmaqdan imtina edib. Hətta "Real"ın da maraq dairəsində olan "sambaçı" məşqlərə həvəssiz yanaşmaq və komanda yoldaşları ilə soyuq münasibət göstərməklə rəhbərliyin cavabını verir.

Qeyd edək ki, PSJ Neymar üçün "Barselona"dan 150 milyon avro və 3 futbolçu istədiyindən, ispanlar onu qaytarmaqdan imtina edib.(matc.az)