PSJ Neymarın satışı ilə bağlı danışıqlar aparıldığını təsdiqləyib. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun idman direktoru Leonardo açıqlma verib.

İdman direktoru bildirib ki, hazırda "Barselona" ilə danışıqlar gedir: "Hazırda heç bir anlaşma yoxdu. Bu nöqtədən sonra hər şey "Barselona"ya bağlıdı. Transfer pəncərəsinin bağlanmasına az zaman qalıb və biz hər cür görüşə açığıq. Neymar klubdan ayrılmaq istəyini açıq şəkildə elan edib. Bizim də mövqeyimiz qətidi. Hər zaman dediyimiz kimi bizi məmun edəcək bir təklif gəldiyi halda oyunçumuzu buraxmağa hazırıq. Amma "Barselona" hələ həmin təklifi irəli sürməyib.

Neymarı satmazdan əvvəl onun boşluğunu dolduracaq bir futbolçunu heyətə qatmaq istəyirik. Məsələn, 27 avqustda bizə təklif etdikləri Osman Dembele kimi... "Barselona" bu futbolçunun bizim kluba gəlməyə hazır olduğunu deyir, amma ortada rəsmiləşmiş heç nə yoxdur".(fanat.az)