PSJ Liqa1-in III turunda "Tuluza" üzərində qələbə qazansa da (4:0), iki aparıcı futbolçusunu itirib. 

Offsideplus.az xəbər verir ki, hücumçular Edinson Kavani və Kilian Mbappe zədələnərək, görüşü yarımçıq tərk edib.

Kavani 14, Mbappe isə 66-cı dəqiqədə əvəzlənib. İkincinin durumuna artıq aydınlıq gəlib. Tibbi müayinədən keçən fransalı forvardda əzələ yırtığı aşkarlanıb. Həkimlər gənc oyunçunun 3 həftə və ya 1 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Kavaninin zədəsi barədə dəqiq diaqnoz isə tezliklə qoyulacaq.