Bir müddətdir zədədən əziyyət çəkən PSJ-nin futbolçusu Neymar komanda ilə məşqlərə başlayıb.

Offsideplus.az xəbər verir ki, bunu Paris təmsilçisinin baş məşqçisi Tomas Tuhel Fransa mətbuatına açıqlamasında deyib.

O, komandadan ayrılacağı deyilən braziliyalı hücumçunun bugündən kollektivə qoşulduğunu bildirib. Lakin futbolçu Fransa Liqasının ilk turunda sabah “Renn”lə keçiriləcək matçı hazır deyil.