PSJ komandadan ayrılacağı gözlənilən Neymara əvəzləyici tapıb.

Offsideplus.az  Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi braziliyalı hücumçu klubdan ayrılacağı halda, “İnter”dən Mauro İkardini transfer etmək istəyir. PSJ-nin İkardi üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilir.

“İnter”lə yollarını ayıracağı gözlənilən İkardinin ilk seçimi isə “Yuventus”dur.