“Marsel” klubu futbolçusu Adil Raminin müqaviləsinə son verib. 

Offsideplus.az xəbər verir ki, 34 yaşlı müdafiəçi ailəvi səbəblər göstərərək, komandanın məşqinə getməyib.

Lakin fransız futbolçunun “Fort boyard” adlı proqramın çəkilişinə dəvət aldığı və bu səbəbdən məşqdən yayındığı məlum olub.

Klub rəhbərliyi bu yalana görə Fransa millisinin sabiq üzvü ilə yolları ayırıb.