Fransa Liqasında 1-ci tura yekun vurulub.

Son oyun günündə 3 matç keçirilib. Son çempion PSJ doğma meydanda "Nim"lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Digər görüşlərdə "Lill" evdə "Nant" üzərində 2:1 hesablı qələbə qazanıb, "Strasburq" isə "Mets"lə heç-heçə edib - 1:1.


11 avqust

PSJ – "Nim" - 3:0
Qollar:
 Kavani, 24-pen, Mbappe, 56. Di Mariya, 69