PSJ-nin idman direktoru Leonardo maraqlı açıqlamalarla diqqət çəkib.

Offsideplus.az-ın məlumatına görə, klub rəsmisi kiçiləcəklərinə işarə vurub.

Braziliyalı nümayəndə bunun Paris təmsilçisinin xeyrinə olacağını düşünür: "Ən önəmlisi böyüməyə davam etmək, yüksək səviyyəyə çatmaq və orda qalmaqdı. PSJ-nin məqsədi həmişə Çempionlar Liqasını qazanmaq olub. Bu mövsüm fərqli vizyonumuz var: bir az dayanmaq, rahatlamaq. PSJ sakitliyə ehtiyac duyur. Güclü bir şey qurmaq vaxtıdı. Bəlkə də, on addım irəli atmaq üçün indi bir addım geriləməliyik. Birinci dəyişdirilməli olan məqam uğursuzluqdan qorxmaqdı. Bu qorxunu ağlımızdan çıxarmalıyıq".

Qeyd edək ki, PSJ ötən mövsüm Tomas Tuxelin rəhbərliyi altında Fransa çempionu olub.