PSJ-nin yollarını ayıracağı deyilən Neymarın hansı klubu seçəcəyi maraqla gözlənilir.
Offsideplus.az xəbər verir ki, "Real" və "Barselona"nın maraq dairəsində olan braziliyalı futbolçu "El Mundo Deportivo"ya açıqlama verib.
Neymar bildirib ki, "Barselona"ya qayıtmaq istəyir: "Artıq PSJ-də qalmaq istəmirəm. Evə dönmək istəyirəm".