Fransanın PSJ klubu futbolçusu Neymarın satışından 300 milyon avro qazanmaq istəyir.

Offsideplus.az“Le Parisien” nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı forvardı aldığından baha qiymətə satmaq niyyətindədir. Hazırda zədəli olan 27 yaşlı hücumçunun İspaniya təmsilçisi “Barselona”ya dönəcəyi gündəmdədir.

Qeyd edək ki, PSJ Neymarı 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avro qarşılığında transfer edib. Onun klubu ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.